"Qarabağ" Antalya toplanışını qələbəsiz başa vurdu

Futbol 03.02.2018 21:55
"Qarabağ" Antalya toplanışını qələbəsiz başa vurdu
315 Dəfə oxunub
Antlayada təlim-məşq toplanışında olan "Qarabağ” bu gün sonuncu yoxlama oyununu keçirib.

Ağdam klubu Monteneqronun "Mladost” komandası ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb. "Qarabağ"ın yeganə qolunu 30-cu dəqiqədə Mahir Mədətov vurub.

Qeyd edək ki, "Qarabağ" Antalya toplanışı zamanıı "Kuban"la 2:2,  "Lexiya" (Polşa) ilə 1:1, "Şkupi" (Makedoniya) ilə qolsuz bərabərə qalıb, "Mariupol"a (Ukrayna) 2:3, “Sarayevo”ya (Bosniya və Hersoqovoina) 0:2 hesabı ilə uduzub.

“Qarabağ”ın start heyəti: Anton Kanibolotski, Rəşad Sadıqov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerye, Rahid Əmirquliyev, Riçard Alemyda, Mahir Mədətov, Coşqun Diniyev, Pedro Enrike, Dani Kintana

Xatırladaq ki,  "Qarabağ" Antalya toplanışı zamanıı "Kuban"la 2:2,  "Lexiya" (Polşa) ilə 1:1, "Şkupi" (Makedoniya) ilə qolsuz bərabərə qalıb, "Mariupol"a (Ukrayna) 2:3, “Sarayevo”ya (Bosniya və Hersoqovoina) 0:2 hesabı ilə uduzub.