invest

Elyunussi:""Qarabağ"da qalıb yaxşı pul qazana bilərdim"

Futbol 04.02.2018 13:35
Elyunussi:""Qarabağ"da qalıb yaxşı pul qazana bilərdim"
872 Dəfə oxunub
"Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunussi 2017-ci ilin onun üçün ziddiyətli il olduğunu bildirib. O, İsveçin "Futbol kanalı"n verdiyi müsahibədə Ağdam klubunda möhkəmlənə bilməməsinə də aydınlıq gətirib: "2017-ci il mənim üçün ziddiyətli il oldu. Əvvəl “Olimpiakos”da yaxşı mövsüm keçirdim, Yunanıstan çempionu olduq. Sonra “Qarabağ”a keçdim. Bu komanda ilə Çempionlar Liqasında oynamaq istəyirdim. Əvvəlcə hər şey yaxşı gedirdi. Lakin sonradan axmaq bir zədə aldım”.

Norveç millisinin 29 yaşlı yarımmüdafiəçisi "Qarabağ"ın əsas heyətində möhkəmlənə bilmədi. O, bunu zədə ilə əlaqələndirib: “Bu zədəyə görə 2 ay yaşıl meydandan kənarda qaldım, Çempionlar Liqasının son oyunlarını buraxdım. Mən  “Qarabağ”a məhz Çempionlar Liqasında çıxış edib təcrübə toplamaq üçün getmişdim. Sonra AİK-in mənimlə maraqlandığını eşitdim. Bu, mənim üçün maraqlı variant idi. Mənim hələ iddialarım qalır. AİK-lə 2 illik müqavilə bağladım. Əminəm ki, biz “Malmö” ilə rəqabətdə qalib gəlib İsveç çempionu olacağıq.  Başqa komandaya da gedə, “Qarabağ”da da qalıb yaxşı pul da qazana bilərdim. O cümlədən “Olimpiakos”a qayıtmağım mümkün idi. Amma mən pulu deyil, gələcək karyeramı fikirləşdim”.