invest

AFFA-nın büdcəsi təsdiqlənəcək

Futbol 06.02.2018 10:56
AFFA-nın büdcəsi təsdiqlənəcək
248 Dəfə oxunub
Martın 7-də, saat 10:00-da, “Bulvar otel”də AFFA-nın növbəti Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər