Portuqaliya millisinin qapıçısı: "Azərbaycan yığması əla komandadı"

Futbol 06.02.2018 12:07
Portuqaliya millisinin qapıçısı: "Azərbaycan yığması əla komandadı"
401 Dəfə oxunub
Futzal üzrə milli komandamız bu gün Avropa çempionatında 1/4 final mərhələsinin oyununa çıxacaq. Yığmamızın rəqibi Portuqaliya seçməsi olacaq. Pireneylilərin qapıçısı Andre Souza yerli mətbuata açıqlamasında millimizin güclü rəqib olduğunu deyib: "Qrup mərhələsi ilə pley-off bir-birindən fərqlənir. Bizi çətin rəqiblə oyun gözləyir. Hamımız bu görüşə köklənmişik”.

Souza bmillimizin heyətindəkı braziliyalıları fərqləndirib:"Azərbaycan yığması əla komandadı. Çox çətin və təşkilatlanmış rəqibdi. Bu komandanın heyətində səviyyəli braziliyalı futzalçılar çıxış edir. Odu ki, bizim üçün ağır matç olacaq. Amma rəqibi də çətin oyun gözləyir”.

Xatırladaq ki, Azərbaycan - Portuqaliya matçı bu gün saat 21:00-da başlayacaq və CBC Sport-la canlı yayımlanacaq.