invest

Konte istefaya göndərilir?

Futbol 06.02.2018 18:17
Konte istefaya göndərilir?
399 Dəfə oxunub
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Antonio Konte yaxın vaxtlarda istefaya göndərə bilər. Bu barədə Britaniya mətbuatı xəbər yayıb. London klubu ötən gün İngiltərə Premyer Liqasında "Uotford"a 1:4 hesabı ilə məğlub olub. Konte oyundan sonra açıqlamasında heyəti düzgün müəyyənləşdirmədiyini etiraf edib. Bu, "Çelsi"nin ardıcıl 2-ci böyükhesablı məğlubiyyəi olub.

"Zadəganlar" hazırda 50 xalla 4-cü yeri tutur.

The Telegraph-ın yazdığına görə, Konteni əvəzləməyə ən real namizəd "Barselona"nın sabiq baş məşqçisi Luis Enrikedir. Ondan başqa, hollandiyalı Qus Xiddinkin də adı çəkilir.