Millimiz 1/4 finalda mübarizəni dayandırdı

Futbol 07.02.2018 00:24
Millimiz 1/4 finalda mübarizəni dayandırdı
772 Dəfə oxunub
Sloveniyada futzal üzrə Avropa çempionatı davam edir. Milli komandamız bu gün 1/4 final mərhələsində Portuqaliya yığması ilə qarşılaşıb.

Oyun yığmamızın böyük hesablı məğlubiyyəti ilə nəticələnib - 1:8.  

Bununla da Joze Alesionun rəhbərlik etdiyi komandamız Avropa çempionatı ilə vidalaşıb. Komandamızın heyətində yeganə qolu Everton Kardoso vurub.

Qeyd edək ki, Portuqaliya yarımfinalda Rusiya ilə qarşılaşacaq.