invest

"Müdafiə xəttimiz çox zəif çıxış etdi"

Futbol 07.02.2018 11:13
"Müdafiə xəttimiz çox zəif çıxış etdi"
296 Dəfə oxunub
Futzal üzrə Avropa çempionatının ¼ final mərhələsində Portuqaliya ilə qarşılaşan və 1:8 hesabı ilə məğlub olan Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silvanın oyundan sonra səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

“Oyuna yaxşı başladıq. Hətta erkən qol vurduq. Ancaq sonra ardıcıl 2 səhvə yol verdik və rəqib hər iki epizoddan düzgün istifadə etdi. Bundan sonra səhvlər bir-birini təkrarladı. Xüsusilə də oyunun birinci hissəsində bunun qarşısını ala bilmədik. Müdafiə xəttimiz çox zəif çıxış etdi. Ola bilsin, buna İspaniya ilə oyunda çox güc sərf etməyimiz və yorğun olmağımız da təsir etsin. Çünki hazırlaşmaq üçün çox az vaxtımız var idi. Portuqaliya millisinin təbrik edirəm, onlar həqiqətən də yaxşı oynadılar”.