Champions

Millimiz Latviya ilə qarşılaşacaq

Futbol 07.02.2018 14:33
Millimiz Latviya ilə qarşılaşacaq
652 Dəfə oxunub
Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, yığmamız iyunun 9-da səfərdə Latviya yığması ilə qarşılaşacaq. Qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, komandamız martın 27-də Antalyada Makedoniya seçməsi ilə də yoldaşlıq görüşü keçirəcək.