invest

"Zirə" Makedoniya millisinin oyunçusu ilə anlaşdı

Futbol 08.02.2018 14:03
"Zirə" Makedoniya millisinin oyunçusu ilə anlaşdı
335 Dəfə oxunub
“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Qəsəbə təmsilçisi makedoniyalı Yani Urdinovla müqavilə bağlayıb. Onunla 6 aylıq müqavilə bağlanılıb.

26 yaşlı müdafiəçi cari mövsümün sonuna kimi Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdu.

Belçikada anadan olan futbolçu "PSV Eyndhoven" və "Roda" futbol akademiyalarının yetirməsi sayılır. O, Makedoniyanın "Rabotniçki", Polşanın "Vidzev" kimi klublarda çıxış edib. Urdinov Makedoniya millisində 5 oyun keçirib.