invest

Qurban Qurbanov: "Billatın transferinin alınma ehtimalı 50 faizdir"

Futbol 09.02.2018 13:42
Qurban Qurbanov: "Billatın transferinin alınma ehtimalı 50 faizdir"
937 Dəfə oxunub
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Zimbabve yığmasının və "Memelodi Sandaunz" klubunun hücumçusu Xamma Billatın transferi ilə bağlı məsələyə münasibətini bildirib. O, qafqazinfo-ya açıqlamasında futbolçununkeçidinin 50/50-yə olduğunu deyib: "Bu futbolçu gündəmimizdə olub. Hər "transfer pəncərəsi" zamanı 10-15 futbolçu ilə maraqlanırıq. Bəzən danışıqlar aparırıq, bəzən klubu ilə məsələyə aydınlıq gətiririk. Həmin klub bizdən müəyyən məbləğ istədi. Ancaq 2,5 milyon avro şişirdilmiş rəqəmdir. Məsələ açıq olaraq qalır. Onun "Qarabağ"a keçmək ehtimalı 50/5-yədir. Ola da bilər, alınmaya da bilər".

Qurbanov Riçard Almeyda ilə bağlı "Bursaspor"dan kluba heç bir rəsmi təklifin gəlmədiyini də bildirib.