"Qəbələ" "Qarabağ"a, "Sumqayıt" "Zirə"yə qarşı

Futbol 10.02.2018 11:50
"Qəbələ" "Qarabağ"a, "Sumqayıt" "Zirə"yə qarşı
447 Dəfə oxunub
Topaz Premyer Liqada təxminən iki ay davam edən qış fasiləsi başa çatır.

Bu gün çempionatda 15-ci tura start veriləcək.

Mövsümün ikinci yarısı “Zirə” – “Sumqayıt” oyunu ilə başlayacaq. Komandalar turnir cədvəlində qonşu pillələrdə olsalar da, 3-cü yerin sahibi “Zirə” 4-cü yeri tutan p “Sumqayıt”ı 10 xal qabaqlayır.  

Turun mərkəzi matçı da ilk oyun gününə təsadüf edir. Lider “Qarabağ” Suraxanıda “Qəbələ”ni qəbul edəcək. Aktivində 37 xalı olan Ağdam təmsilçisi ikinci pillədə yer alan “Qəbələ”dən 6 xal öndədir.

Bu mövsüm iki dəfə üz-üzə gələn komandaların hərəsinin aktivində bir qələbə var. “Qarabağ” bugünkü görüşdə qalib gəlsə, ən yaxın izləyicisini 9 xal qabaqlayacaq ki, bu da komandaya çempionluq uğrunda mübarizədə böyük üstünlük verəcək. “Qəbələ” isə səfərdən xalla qayıtmaqla iddiasını ortaya qoymağa çalışacaq.

Turun bütün oyunları CBC Sport-la canlı yayımlanacaq.

10 fevral (şənbə)

16:00. "Zirə” – "Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

19:00. "Qarabağ” – "Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
"Azersun Arena”

11 fevral (bazar)

15:00. "Keşlə” – "Səbail”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
"İnter Arena”

17:30. "Neftçi” – "Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
"Bakcell Arena”