Champions

"Kəpəz" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq

Futbol 10.02.2018 16:16
"Kəpəz" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq
547 Dəfə oxunub
Topaz Premyer Liqasında qış fasiləsi başa çatdı. "Kəpəz" 15-ci turda səfərdə "Neftçi"nin qonağı olacaq.

Gəncə klubu "Bakcell Arena"da keçiriləcək oyuna itkilərlə çıxacaq. Müdafiəçi Dedimar Fereyra cəzalı, yarımmüdafiəçi Murad Səttarlı isə zədəlidir.

Qeyd edək ki, “Neftçi” – “Kəpəz” matçı fevralın 11-də saat 17:30-da “başlayacaq və CBC Sport-la canlı yayımlanacaq.