Turda yalnız "Neftçi" qalib gəldi

Futbol 11.02.2018 21:17
Turda yalnız "Neftçi" qalib gəldi
466 Dəfə oxunub
Topaz Premyer Liqasında 15-ci tura yekun vurulub.

Günün ilk oyununda "Keşlə" öz meydanında "Səbail"ə qarşılaşıb. Yeni baş məşqçisi Yuri Maksimovla meydana çıxan yenilənmiş "Keşlə" 0:1 hesabı ilə geri düşsə də, 1 xal qazana bilib - 1:1.  Qonaqların heyətində Fəhmin Muradbəyli 34-cü dəqiqədə hesabı açıb. 55-ci dəqiqədə Pərdis Fərcad-Azad bərabərlik qolunu vurub. Qeyd edək ki, o, bundan 1 dəqiqə əvvəl penaltini qola çevirə bilməyib.

Turda yeganə qələbəni "Neftçi" qazanıb. "Ağ-qaralar" "Kəpəz"i  minimal hesabla məğlub edib. Mirabdulla Abbasov 86-cı dəqiqədə "Neftçi"yə qələbə gətirən qolu vurub. vurduğu qol sayəsində uğura nail olub.