Ramil Şeydayev fərqləndi...əvəzedicilərin yarışında

Futbol 11.02.2018 22:21
Ramil Şeydayev fərqləndi...əvəzedicilərin yarışında
607 Dəfə oxunub
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovi komandanın 2 futbolçusunu əvəzedici heyətə göndərib.

Ağabala Ramazanov və Ramil Şeydayev bu gün əvəzedicilərin yarışında "Qəbələ" ilə matçda meydana çlxıblar.  

Ağdam klubunun 5:3 hesablı qələbəsi ilə yekunlaşan matçda Şeydayev 1, Ramazanov isə 2 dəfə fərqlənib. Ağdam klubundan digər qolları Salman Cəfərov və Famil Camalov, "Qəbələ"dən isə Kamran Quliyev və Elvin Məmmədov (2 dəfə) vurub.