Araz qayıtdı, "Anortosis" inamlı qələbə qazandı

Futbol 12.02.2018 10:44
Araz qayıtdı, "Anortosis" inamlı qələbə qazandı
870 Dəfə oxunub
Kipr çempionatında 24-cü turun oyunları keçirilir. Milli komandamızın yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi "Anortosis" səfərdə "Olimpiakos" üzərində 3:0 hesablı qələbə qaznıb.

Bundan əvvəlki iki matçda zədə səbəbindən meydana çıxmayan həmyerlimiz 63-cü dəqiqədə hesab 2:0 olarkən meydana daxil olub.

Bu qələbədən sonra "Anortosis" xalını 50-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib.