Ndlovu Çində ilk qolunu vurdu

Futbol 12.02.2018 16:16
Ndlovu Çində ilk qolunu vurdu
769 Dəfə oxunub
Qış transfer pəncərəsində “Qarabağ”dan Çinin “Hançjou Qrintaun” klubuna keçən Dino Ndlovu yeni komandasında ilk qolunu vurub.

Forvard “Shenzhen Airlines Cup” turnirinin finalında “Zeyanq Yitenq”lə görüşdə hesabı açıb. Qarşılaşma Ndlovunun komandasının 3:0 hesablı qələbəsiylə yekunlaşıb. "Hançjou Qrintaun" turnirin qalibi olub.

Qeyd edək ki, 27 yaşlı hücumçu 750 min avro qarşılığında “Qarabağ”dan Çin klubuna keçib.