Reynaldo indi də Qazaxıstan klubunda

Futbol 13.02.2018 10:52
Reynaldo indi də Qazaxıstan klubunda
982 Dəfə oxunub
"Qarabağ"ın sabiq hücumçusu Reynaldo Silva karyerasını Qazaxıstanda davam etdirə bilər.

Braziliyalı futbolçu hazırda "Aktobe" klubunun düşərgəsindədir. Məşqçilər korpusu onuun durumundan razı qalsa, müqavilə imzalanacaq.

Xatırldaq ki, 28 yaşlı forvard "Qarabağ"dan sonra Türkiyənin "Adanaspor" klubunda çıxış edib. Bu komandada əsas heyətdə möhkəmlənə bilməyən futbolçu  Slovakiyanın "Spartak Trnava" klubu ilə müqavilə bağlamışdı. Ancaq Reynaldo "Spartak Trnava"da 1 oyun belə keçirmədən bu komandadan ayrılıb.