Champions

UEFA nümayəndələri Bakıya gəlib

Futbol 13.02.2018 15:05
UEFA nümayəndələri Bakıya gəlib
435 Dəfə oxunub
Gələn il Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.

AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, Avropa futbol qurumunun təmsilçiləri Bakı Olimpiya Stadionu ilə yanaşı, paytaxtdakı bir sıra digər aidiyyatı infrastruktura baxış keçirəcəklər.
Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovla UEFA nümayəndələri arasında görüş keçirilib, hazırlıq prosesi barədə ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, səfər həftəsonuna qədər davam edəcək.