Millimiz 1 pillə gerilədi

Futbol 15.02.2018 14:10
Millimiz 1 pillə gerilədi
369 Dəfə oxunub
FİFA milli komandaların növbəti  reytinq cədvəlini açıqlayıb.

Ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə geriləyib.  Yığmamız 275 xalla 119-cu pillədə qərarlaşıb. Ötən ay komandamızın Antalyada Moldova ilə qolsuz bərabərə qalması xal ehtiyatımızın  281-dən 275-ə qədər enməsi ilə nəticələnib.

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Farer adaları 364 xalla 96-cı, Kosovo 97 xalla 177-ci, Malta isə 66 xalla 185-ci, sıradadır. Farer adaları və Kosovo bir pillə irəlilədiyi halda, Malta yerində qalıb.


Qeyd edək ki, siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1484), Portuqaliya üçüncüdür (1358).