"Qəbələ" Araz Abdullayevə görə "Anortosis"dən nə qədər pul istəyir?

Futbol 06.03.2018 11:02
"Qəbələ" Araz Abdullayevə görə "Anortosis"dən nə qədər pul istəyir?
1253 Dəfə oxunub
"Anortosis" millimizin futbolçusu Araz Abdullayevin transfer hüquqlarına yiyələnə bilər.

"Protathlima"nın yaydığı xəbərə görə, Kipr klubu rəhbərliyi və məşqçi heyəti 25 yaşlı yarımmüdafiəçinin çıxışından razıdır. Və onun gələcəkdə komandaya kömək edəcəyi qənaətindədir.  Xəbərdə  Arazın müqavilə ilə məxsus olduğu "Qəbələ"nin "Anortosis"dən  bu transfer üçün 150 min avro tələb etdiyi bilirilib.

Klub həmin məbləği ödəyib-ödəməyəcəyi ilə bağlı yekun qərarı hələ verməyib. Bu, onun növbəti matçlardakı çıxışından asılı olacaq.

Xatırladaq ki, millimizin yarımmüdafiəçisi mövsümün əvvəlindən icarə əsasında "Anortosis"də oynayır.