Prosineçki Şehiçi yığmaya çağırdı

Futbol 06.03.2018 16:20
Prosineçki Şehiçi yığmaya çağırdı
696 Dəfə oxunub
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət alıb. Bu haqda Ağdam klubunun rəsmi facebook səhifəsi xəbər yayıb. Şehiç yığmanın martın 20-də Bolqarıstanda keçiriləcək toplanışına yollanacaq.

Hazırda Bosniya və Herseqovina millisini çalışdıran yığmamızın sabiq baş məşqçisi Robert Prosineçki təcrübəli qapıçını yanvarda ABŞ-da keçirilən toplanışa da dəvət etmişdi.

Qeyd edək ki, bosniyalılar martın 23-də səfərdə Bolqarıstan, bundan 4 gün sonra Fransa Seneqalla yoldaşlıq oyunu keçirəcəklər.