Elxan Məmmədov: ""Sumqayıt"ın prezidenti postuna namizədlərdən biri Riad Rəfiyevdir"

Futbol 07.03.2018 13:21
Elxan Məmmədov: ""Sumqayıt"ın prezidenti postuna namizədlərdən biri Riad Rəfiyevdir"
434 Dəfə oxunub
AFFA İcraiyyə Komitəsinin iclasından sonra baş katib Elxan Məmmədov jurnalistlərin sullarını cavablandırıb. O, İcraiyyə Komitəsinin gündəliyində 7 məsələnin olduğunu bildirib: "Onlardan biri Futzal Federasiyasının hesabatı idi. Yığmamızın Avropa çempionatındakı çıxışı ilə bağlı hesabat verildi”.

Toplantıda Zeynal Zeynalov çimərlik futbolu üzrə milli komandasının baş məşqçisi təyin olunub.

Baş katib iclasda danışılmış oyunlarla bağlı müzakirə aparıldığını da deyib: "Məlumatlar məxfidir. Mübarizəmizi davam etdirəcəyik. İcraiyyə Komitəsi bununla bağlı dəstəyini göstərəcək".

Toplantıda 3 nəfərə xüsusi, 4 nəfərə adi təqaüd verilməsi ilə bağlı qərar qəbul olunub. Həmçinin, Media Komitəsi ilə bağlı ətraflı məlumat verilib: "İK bütün detalları dinlədi. Onlar komitənin fəaliyytinin davam etdirilmsini istəyirlər. Lakin yeni format, konsepsiya olmaldıır. İlk ilimiz uğurlu oldu. Amma komitənin ikinci ilində problemlər yarandı”.

Lisenziyalaşdırma Qrupunda üzv kimi vakant yerə Zaur Hacı-Məhərərrəmovun namizədliyi təsdiqlənib.

AFFA rəsmisi  Premyer Liqada komandalarının və azarkeşlərinin sayının azalması ilə bağlı sualı da cavablandırıb: "Klub sayı azalırsa, azarkeşlər də azalır. Hesabatda futbolun inkişafı ilə bağlı mənfi hallar var. Sumqayıtda tribunanın sayı azdır. Amma çox yer olsa, say da çox olar. “Kəpəz”in stadionunda azarkeş sayının azalması da nəticədən asılıdır. Klublar azarkeş cəlb etmək üçün layihələr həyata keçirməlidirlər".

Elxan Məmmədov "Sumqayıt"ın prezidenti postuna namizədlərdən birinin Risad Rəfiyev olduğunu təsdiqləyib: "Bəli, namizədlərdən biri Riyad Rəfiyevdir. O, mənə bildirdi ki, “Sumqayıt”dan təklif gəlib. Həmçinin, AFFA-da əvvəl işləyən və indi çalışan şəxslərə də təklif olub.  AFFA-da çalışan insanlar təklif alanda bizim fikrimizi soruşurlar. Bəlkə mənə də təklif gəlsə, Rövnəq müəllimdən icazə alıb gedərdim. Bu, normal haldır. Məsələn, “CBC Sport”un işçisi kluba gedəndə, heç kim heç nə demir. Amma bizdən olanda, yazırlar ki, AFFA-nın adamı kluba getdi".

O,  Premyer Liqada 10 komandanın iştirak etməsinin yaxşı hal olduğunu söyləyib: "Bizim danışılmış oyunlarla bağlı problemimiz var. Bilməliyk ki, I Diviziondakı klublar təmizdir. Demirəm ki, hamısı təmiz deyil. Lakin çempionatın sonunu gözləməliyik. İdeal say 10 komandadır. Paradoksal hal budur ki, 8 komandalı çempionatın təmsilçisi Çempionlar Liqasının qrupunda çıxış edir.

Baş katib "Qurban Qurbanovun əmək haqqısı Robert Prosineçkidən azdır, yoxsa çoxdur" sualını cavablandırmayıb: " Müqaviləyə əsasən, məxfilik qorunmalıdır. Ona görə də cavab verə bilməyəcəyəm.