invest

Qurban Qurbanov: "Rəşadın oynaması niyə bu qədər müzakirə olunur?"

Futbol 07.03.2018 14:35
Qurban Qurbanov: "Rəşadın oynaması niyə bu qədər müzakirə olunur?"
528 Dəfə oxunub
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirib. Qurbanov əvvəlcə "SAamsunspor"da çxıış edən Ufuk Budakla bağlı sualı cavablandırıb. Qeyd edək ki, millimizin məşqçisi Elçin Rəhmanov Budakın oyununu izləmək üçün Türkiyəyə yollansa da, futbolçu meydana çıxmayıb: "Futbolçunun oyununa stadiondan canlı baxmaq şərt deyil. Həm baxmaq, həm də onunla görüşmək üçün təşkil olunan səfər idi. Ufukun bütün oyunlarına televiziya vasitəsilə baxırıq. Ona görə burada ciddi problem görmürəm. Ufuk milli komandamızın üzvüdür. Bir neçə oyuna çıxmayıbsa, bu, o demək deyil ki, yığmadan kənarda qalmalıdır. Budak millidə də çıxış edib. Bunu özü də bilir ki, millinin üzvüdür. Ötən toplanışda iştirak edənlərdən kimsə növbəti hazırlıq prosesindən kənarda qala bilər. Həmin futbolçuları görməyə bilərsiniz. Sadəcə, onunla maraqlanmaq, həyat tərzi və iş prinsipləri ilə yaxından tanış olmağı planlaşdırdıq. Oynasaydı, daha yaxşı olardı. Lakin oynamaması da bizə problem yaratmadı.

Yığmamızın çalışdırıcısı Almaniyada çıxış edən futbolçulardan hələlik yalnız Dmitri Nazarova dəvət göndəriləcəyini deyib: "Almaniyadan hələ ki, Dmitri Nazarovu dəvət edəcəyik. Onunla burada görüşəcəyik. Lazım olsa, digər futbolçularla da görüşlər olacaq. Rüfət Dadaşovun oyununu izləyirəm. Yaxşı çıxış edir. Son bir ilə baxıb, qərar vermək bir az düzgün olmaz. Milli komandada hansı futbolçular olublarsa, onlarla maraqlanırıq və maraqlanacağıq".

Qurbanov "Qarabağ"da heytə düşməyən Ramil Şeydayevlə də bağlı sualı cavablandırıb: "Hər futbolçunun formasını yaxşılaşdırması üçün onun daim oynaması lazımdır. Futbolda 11 nəfər meydanda olur. Artıq futbolçuları meydana buraxa bilmirik. Belə olduğu halda hər hansı oyunçu istər-istəməz kənarda qalır. Amma istərdim ki, milli komandanın üzvlərinin hər biri daha yaxşı çempionatlarda çıxış etsin. Ən azından əsas heyət üzvlərindən biri yaxşı komandada olsun, mövsüm ərzində isə oyunların 80 faizində çıxış etsin. Bu, təkcə Ramillə bağlı məsələ deyil. Elə futbolçular var ki, onların oyun təcrübələrinin çox olmasını istəyirəm. Əfsuslar olsun ki, onlar milli komandadan kənarda qalıblar. Lakin bu, o demək deyil ki, Ramil oynamır. O, 4 tur əvəzedici heyətdə çıxış edib. Ən azı, oyun performansını qoruyaraq saxlayıb. Belə problemlər daim olub, var və yenə olacaq".

Millimizin baş məqşisi Rəşad Sadıqovun futbolçu karyerasını davam etdirməsi barədə də danışıb: "Sadıqovun oynaması niyə bu qədər müzakirə olunur? Futbolçunun gücü varsa, oynamağı bacarırsa, ən yaxşılardandırsa, niyə oynamasın? Ona klub olaraq, ehtiyacımız varsa, niyə komandadan, futboldan uzaqlaşdırmağa çalışırıq? Rəşadla həmyaşıd olan Ansi Aqollini götürək. Bu iki futbolçunu bütün gənclərə nümunə göstərərdim. Onların peşəkarlıqları, işlərinə yanaşmaları... Belə oyunçuları biz erkən göndərməli deyilik. Özünüz də dünya futbolunda belə halların şahidi olmusunuz. Məsələn, Xavyer Zanetti 38 yaşınadək İtaliya "İnter"inin ən yaxşılardan idi. Rəşadın U-21-in baş məşqçisi olmasında nə problem var? Bu, əksinə, həm Rəşadın özü, həm də U-21-in futbolçuları üçün ikiqat məsuliyyət deməkdir. Düşünürəm ki, bu zaman futbolçular Sadıqova özlərini daha yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Futbol elə bir oyundur ki, burada dəyişikliklər daim olacaq. Yaxşı olanı qoruyub saxlamalıyıq. Yaşa və ya digər amillərə önəm verməli deyilik".