Belarus millisi Bakıya gətirəcəyi heyəti açıqladı

Futbol 07.03.2018 18:04
Belarus millisi Bakıya gətirəcəyi heyəti açıqladı
732 Dəfə oxunub
Martın 23-də milli komandamızla yoldaşlıq oyunu keçirəcək Belarus yığmasının heyəti açıqlanıb.

Belarus Futbol Federasiyasının saytının yaydığı xəbərə görə, baş məşqçi İqor Kriuşenko yığmaya 23 futbolçu dəvət edib. Belarus millisinin təlim-məşq toplanışı martın 19-dan 28-ə kimi davam edəcək. İqor Kriuşenkonun komandası martın 20-də səhər Bakıya yola düşəcək. Belarus yığması martın 27-də Lyublyanada Sloveniya ilə yoldaşlıq oyunu keçirəcək.

Qapıçılar: Andrey Qorbunov (“Dinamo” Minsk”), Aleksandr Qutor, Pavel Pavlyuçenko (hər ikisi “Dinamo” Brest)

Müdafiəçilər: Aleksandr Martınoviç (“Krasnodar”, Rusiya), İqor Şitov (“Astana”, Qazaxıstan), Denis Polyakov (APOEL, Kipr), Sergey Politeviç (“Gənclərbirliyi”, Türkiyə), Mixail Sivakov (“Amkar”, Rusiya), Maksim Volodko (BATE), Oleq Veretilo (“Dinamo” Brest), Sergey Matveyçik (“Şaxtyor”)

Yarımmüdafiəçilər: Sergey Kislyak (“İrtış”, Qazaxıstan), Stanislav Draqun, İqor Staseviç (hər ikisi BATE), Renan Bressan (“Şaviş”, Portuqaliya), Pavel Nexayçik (“Dinamo” Brest), Pavel Savitski (“Dinamo” Brest), İvan Maevski (“Astana”, Qazaxıstan), Yuri Kendış (“Şerif”, Moldova), Yuri Kovalyov (“Şaxtyor”)

Hücumçular: Maksim Skavış (BATE), Denis Laptev (“Şaxtyor”), Anton Saroka (“Dinamo”)

Qeyd edək ki, Belarus millisi martın 20-də Bakıya gələcək. Komanda martın 27-də daha bir yoxlama oyununda Slovakiya ilə qüvvəsini sınayacaq.

Sergey Çernik (Nansi, Fransa) və Sergey Balanoviç (Amkar) zədəli olduqları üçün yığmaya çağırılmayıblar.