"Neftçi"nin qapıçısı: Son qələbədən sonra komandada özünəinam artıb"

Futbol 08.03.2018 11:09
"Neftçi"nin qapıçısı: Son qələbədən sonra komandada özünəinam artıb"
325 Dəfə oxunub
"Neftçi”  Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Keşlə” ilə oyuna hazırlığı davam etdirir.

Komanda İsmət Qayıbov adına təlim-məşq bazasında məşq edir.  "Ağ-qaralar"ın qapıçı Rəşad Əzizli Neftçi TV-yə açıqlamasında "Keşlə” ilə oyuna hazırlığı dəyərləndirib:

"Son qələbədən sonra komandada özünəinam daha da artıb. İnanırıq ki, daha da yaxşı nailiyyətlər qazanmağa hazırıq. Azarkeşlərə təşəkkürümüzü bildiririk ki, son oyunda da bizə dəstək oldular. Onların sayəsində qələbə qazandıq. "Keşlə” ilə matçda da azarkeşləri tribunalarda görmək istəyirik, çünki onların dəstəyinə çox ehtiyacımız var”.

Xatırladaq ki, martın 9-da "Bakcell Arena”da olacaq "Keşlə” – "Neftçi” oyunu saat 18:00-da başlanacaq.