"Sumqayıt" "Səbail"ə qalib gəldi

Futbol 10.03.2018 19:35
"Sumqayıt" "Səbail"ə qalib gəldi
451 Dəfə oxunub
Bu gün Topaz Premyer Liqasında 19-cu tura yekun vurulacaq. İkinci oyun gününün ilk matçında debütant "Səbail" öz meydanında "Sumqayıt"ı qəbul edib.

Altı oyundur məğlub olmayan Samir Abasovun komandası uğurlu seriyasını bu görüşdə də davam etdirib.

Qarşılaşmanın taleyini bir qol həll edib. Avropa Liqasına vəsiqə verən yer uğrunda mübarizə aparan "Sumqayıt" Amil Yunanovun qolu ilə qələbə qazanıb.

“Səbail” – “Sumqayıt” - 0:1
Qol: Amil Yunanov, 69
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məhəmməd  Məmmədov
“Bayıl Arena”