"Qarabağ" "Zirə"ni məğlub etdi

Futbol 10.03.2018 23:31
"Qarabağ" "Zirə"ni məğlub etdi
358 Dəfə oxunub
Topaz Premyer Liqasında 19-cu turun oyunları başa çatıb.

Əsas diqqətlər turun son matçına yönəlib. Lider “Qarabağ” 3-cü pillədə qərarlaşan “Zirə”ni qəbul edib. Oyun Ağdam klubunun qələbəsi ilə başa çatıb - 2:0.

Uğursuz oyunlarını davam etdirən “Zirə”nin 3-cü yerdəki mövqeyi təhlükə altına düşüb.

“Qarabağ” – “Zirə” - 2:0
Qollar: Dani Kintana, 22; Elvin Yunuszadə, 35
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
“Azərsun Arena”