invest

Qurban Qurbanov Şeydayevin oyunundan razı qalıb

Futbol 10.03.2018 23:31
Qurban Qurbanov Şeydayevin oyunundan razı qalıb
651 Dəfə oxunub
Topaz Premyer Liqasında 19-cu tura yekun vurulub. Turun son oyununda "Qarabağ" "Zirə"ni 2:0 hesabı ilə məğlub edib. Ağdam klubunun heyətində Dani Kintana və Elvin Yunuszadə fərqlənib.

Matçdan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov start heyətində meydana çıxan Ramil Şeydayevin oyunundan razı qaldığını deyib: "Təkcə onun yox, bütün futbolçuların oyunundan razı qaldım. Ramil bu gün çox çalışdı. Çox istəkli idi. Qol fürsətlənlərindən yararlana bilməməsi normal haldır. Həmin epizodları əldə etmək vacibdir. Əsas odur ki, qol fürsəti tapırdı. Hücumçu üçün əsas xüsusiyyət budur. Ümid edirəm ki, vaxt keçdikcə bir az da düzələcək".

Qurbanov Topaz Premyer Liqanın növbəti turunda “Neftçi” ilə keçiriləcək görüş haqda da danışıb: "Rəqib son vaxtlar yaxşı oyun sərgiləyir. “Qəbələ” ilə matçda 2, “Keşlə”yə isə 3 qol vurdular. Bu komanda öz oyununu tapıb. Çətin qarşılaşma olacaq. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər.