Slutski "Vitess"lə müqavilə bağladı

Futbol 12.03.2018 17:22
Slutski "Vitess"lə müqavilə bağladı
448 Dəfə oxunub
Rusiya milli komandasının və ÇSKA-nın sabiq baş məşqçisi Leonid Slutskinin yeni iş yeri müəyyənləşib. 46 yaşlı mütəxəssis bundan sonra Hollandiyanın "Vitess" klubunu çalışdıracaq.

Son olaraq İngiltərənin "Hall Siti" komandasında işləyən Slutski ilə 2 illik müqavilə imzalanıb. O, mövsümün sonunda "Vitess"i tərk edəcək Henk Freyzeri əvəz edəcək.  

"Vitess" hazırda Hollandiya çempionatının yüksək liqasında 6-cı yeri tutur.