Növbəti mərhələyə yüksələcək daha iki klub bəlli olacaq

Futbol 13.03.2018 10:52
Növbəti mərhələyə yüksələcək daha iki klub bəlli olacaq
390 Dəfə oxunub
Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

Bu gün daha iki 1/4 finalçı müəyyənləşəcək.

"Roma" öz meydanında "Şaxtyor"la qarşılaşacaq. İtaliya klubu Donetskdə keçirilən ilk görüşdəki 1:2 hesablı məğlubiyyətə baxmayaraq növbəti mərhələyə daha şanslı sayılır.

Digər görüşdə isə "Mançester Yunayted" "Sevilya"nı qəbul edəcək. Joze Mourinyonun komandası səfərdə heç-heçə etdiyi rəqibini doğma azarkeşlər önündə məğlub etməyə çalışacaq.


13 mart

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
İlk oyun - 1:2

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)
İlk oyun – 0:0