Ufuk Budak millimizə kömək edə bilməyəcək?

Futbol 13.03.2018 12:38
Ufuk Budak millimizə kömək edə bilməyəcək?
665 Dəfə oxunub
“Samsunspor”un müdafiəçisi Ufuk Budak zədələnib.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, PTT birinci liqanın son turunda qasıq nahiyyəsindən zədə alan futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı məlum olub. Ufukun nə vaxt yaşıl meydanlara qayıdacağı hələ ki bilinmir.  

Yenidən millimizə dəvət ediləcəyi gözlənilən Budak zədəyə görə komandamızın  toplanışından kənarda qala bilər.

Xatırladaq ki, millimiz martın 23-də Bakıda Belarus, 27-də isə Antalyada Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək.