"Qəbələ" "Keşlə" ilə oyunda xal itirdi

Futbol 13.03.2018 17:34
"Qəbələ" "Keşlə" ilə oyunda xal itirdi
558 Dəfə oxunub
Topaz Premyer Liqasında 20-ci tura start verilib. "Keşlə" öz meydanında "Qəbələ" ilə üz-üzə gəlib.

Çempionatın ən sərrast futbolçusu Baqali Dabo 32-ci dəqiqədə hesabı açıb. Bu, Dabonun cari mövsümdə 12-ci qolu olub.

59-cu dəqiqədə Voislav Stankoviç topu öz qapısına göndərib - 1:1. Beləliklə, oyun 1:1 hesabı ilə başa çatıb.

Bu oyundan sonra xallarının sayını 39-a çatdıran "Qəbələ" lider "Qarabağ"dan 9 xal geri qalır. "Keşlə" isə 16 xalla 7-ci pillədədir.

Turun digər 3 oyunu sabah keçiriləcək.