Böyükağa Hacıyev vəfat etdi

Futbol 16.03.2018 11:54
Böyükağa Hacıyev vəfat etdi
2591 Dəfə oxunub
"Neftçi" komandasının sabiq baş məşqçisi Böyükağa Hacıyev uzun sürən xəstəlikdən sonra 59 yaşında dünyasını dəyişib.

2011-2014-cü illərdə paytaxt klubuna rəhbərlik edən Hacıyev "ağ-qaralar"ı Azərbaycan futbol tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə çıxarmışdı. O, "Neftçi" ilə yanaşı "Araz", "Bakı" və "Standart" klublarında da çalışıb. Hacıyev "Bakı"nı 2006-cı ildə ilk dəfə Azərbaycan çempionu edib.

Allah rəhmət eləsin!