Berti Foqts: "Rüfət Dadaşov "Proyssen Munster" üçün əla "ovdur"

Futbol 13.04.2018 11:46
Berti Foqts: "Rüfət Dadaşov "Proyssen Munster" üçün əla "ovdur"
683 Dəfə oxunub
Milli komandamızın sabiq baş məşqçisi Berti Foqts Rüfət Dadaşovun "Proyssen Munster" klubuna transferini dəyərləndirib. Almaniyalı mütəxəssis yığmamızın sabiq hücumçusunun III Bundesliqada çıxış edən komandaya keçidini gözləmirmiş: "O, II liqada oynaya biləcək futbolçudur. Bu, "Proyssen Munster" üçün əla ovdur".

Qeyd edək ki, Dadaşov "Halberştadt"la matçda qdubl etsə də, dizindən zədə alıb. O, 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Dadaşov mövsümün sonuna doğru tam sağalacağına ümid edir.

2003-2014-cü illərdə milli komandamızın formasını geymiş Rüfət Dadaşov 16 oyunda 4 qol vurub.