invest

"Qarabağ" çempionluğa bir az da yaxınlaşdı

Futbol 14.04.2018 18:53
"Qarabağ" çempionluğa bir az da yaxınlaşdı
551 Dəfə oxunub
Topaz Premyer Liqasında 23-cü tura start verilib. Turun ilk oyunu Gəncədə keçirilib. "Kəpəz" `çempionatın lideri "Qarabağ"la qarşılaşıb.

Oyunun taleyini bir qol həll edib. 23-cü dəqidədə Ramil Şeydayev "Kəpəz"in qapısına yol tapıb. Bu, milimizin hücumçusunun cari mövsümdə ilk qolu olub. 1:0 hesabı ilə qələbə qazanan "Qarabağ" xalını 56-a çatdıraraq, 2-ci yerdə gedən "Qəbələ"ni 15 xal qabaqlayır.

Turun digər 3 oyunu sabah keçiriləcək:

15 aprel (bazar)

17:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov
Qəbələ şəhər stadionu

18:00. “Sumqayıt” – “Keşlə”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev
“Kapital Bank Arena”

19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu