Buffon Oliver haqqında: "Həmin sözləri yenə deyərəm"

Futbol 15.04.2018 13:09
Buffon Oliver haqqında: "Həmin sözləri yenə deyərəm"
1187 Dəfə oxunub
"Yuventus"un qapıçısı Canluici Buffon yenidən "Real"la oyun (3:1) haqqında fikirlərini bildirib. O, ingiltərəli hakim Maykl Oliverə kin saxlamadığını, ancaq sözünün üstündə durduğunu deyib: "Mən heç nə uydurmaq istəmirəm. İşimə canımı verən, buna köklənən insanam. Bəzən insan sonradan lazımsız görünən sözlər də danışır. Canluici Buffon da belədir. Mənim kimi idmanla yaşayan insanı ipəyatımlı eləmək olmaz. Mən fikirlərimi o formada çatdırsam da, məntiqli idi. Həmin sözləri yenə deyərəm. Bəlkə də bir az başqa formada, daha mədəni şəkildə. Ancaq məna eyni qalar.

Hakim belə penalti verməli deyil. Əminəm ki, Oliverin gələcəkdə uğurlu karyerası olacaq. Amma belə oyunu idarə etmək üçün o çox gənc idi. Elə vəziyyətə düşdü ki, onun üçün qəliz idi qərar vermək. Maykl Oliverə kin saxlamıram. Lakin həmin vaxt özümü aldadılmış hesab etdim. Hesaba görə yox, gecəyə görə. Bu heç kimin inanmadığı gecə idi. Hətta müxtəlif rakurslardan kadrları izləyəndə belə sual yaranır ki, Benatia qaydanı pozmuşdumu? Bu elə vəziyyət deyildi ki, əminliklə deyəsən, fol var. Demirəm ki, penalti yox idi, sadəcə mübahisəli epizod idi. Belə oyunda matçın sonuna 20 saniyə qalmış mübahisəli məqamda təcrübəli hakim başqa qərar verərdi". (Football İtalia)