"Neftçi" çempionatda ilk dəfə "Zirə"ni məğlub etdi

Futbol 16.04.2018 00:55
"Neftçi" çempionatda ilk dəfə "Zirə"ni məğlub etdi
376 Dəfə oxunub
Bu gün Topaz Premyer Liqada 23-cü tura yekun vurulub.

Ilk oyunda "Qəbələ" "Səbail"i qəbul edib və 1 xalla kifayətlənib.  Digər oyunda "Keşlə" "Sumqayıt"ın qonağı olub və uduzub.

Turun mərkəzi qarşılaşması Zirədə keçirilib.  "Neftçi" Azərbaycan çempionatları tarixində ilk dəfə  "Zirə"ni məğlub edib.  

15 aprel (bazar)

“Zirə” – “Neftçi” - 0:3
Qollar: Rəhman Hacıyev, 9 (0:1), İqnasio Herrera, 90 (0:2), Rəşad Sadiqov, 90+5 (0:3)
Qırmızı vərəqə: Yani Urdinov, 51


“Sumqayıt” – “Keşlə” - 2:1
Qollar: Bəhlul Mustafazadə, 58 (0:1), Məqsəd İsayev, 68 (1:1), Ehtiram Şahverdiyev, 83 (2:1)
Qırmızı vərəqə: Məqsəd İsayev, 81

“Qəbələ” – “Səbail” - 1:1
Qol: Fəhmin Muradbəyli, 55 (0:1), Famussa Kone, 82 (1:1)