Qurban Qurbanov Mədətovu cəzalandırıb?

Futbol 16.04.2018 13:15
Qurban Qurbanov Mədətovu cəzalandırıb?
462 Dəfə oxunub
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hücumçu Mahir Mədətovu cəzalandırıb.

Qol.az-ın yaydığı məlumata görə, 21 yaşlı hücumçu əvəzedici heyətə göndərilib. Qurbanov Mədətovun hazırda lazımi formada olmadığını əsas gətirərək bu qərarı verib.

Qeyd edək ki, futbolçu “Qarabağ”ın “Kəpəz”ə qarşı ötən şənbə Premyer Liqada keçirdiyi görüşün iştirak ərizəsində olmayıb.

sport7.az saytı isə məlumat yayıb ki, M.Mədətov məşqə gecikdiyi üçün Q.Qurbanov onu əvəzedici heyətə göndərib. Onun əsas komandaya nə vaxt dönəcəyi hələ bilinmir.