Millimiz Qazaxıstanla qarşılaşacaq

Futbol 16.04.2018 17:24
Millimiz Qazaxıstanla qarşılaşacaq
632 Dəfə oxunub
Futbol üzrə milli komandamızın daha bir yoldaşlıq oyunu keçirəcəyi məlum olub. AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, yığmamız Qazaxıstan komandası ilə qarşılaşacaq.

Oyun iyunun 5-də Astana keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bundan bir gün əvvəl - iyunun 4-də isə 21 yaşlılardan ibarət millimiz Astanada qazaxıstanlı həmyaşıdları ilə üz-üzə gələcək. Həmin oyun saat 13:00-da start götürəcək.