"Mançester Siti" Premyer Liqada yeni rekorda imza atdı

Futbol 10.05.2018 12:29
"Mançester Siti" Premyer Liqada yeni rekorda imza atdı
921 Dəfə oxunub
"Mançester Siti" İngiltərə Premyer Liqasının yeni rekordunu müəyyənləşdirib. "Brayton"u 3:1 hesabı ilə məğlub edən Qvardiolanın komandası cari mövsümdə vurduğu qolların sayını 105-ə çatdırıb.

"Çelsi" 2009/2010-cu illər mövsümündə rəqib qapılarından 103 top keçirmişdi.

Qeyd edək ki, İngiltərədə Premyer Liqa 1992-ci ildə yaranıb. Ümumilikdə İngiltərə çempionatını götürsək isə sonuncu dəfə bir mövsümdə 105-dən çox qol vuran komanda "Tottenhem"  olub. London klubunun futbolçuları 1962/1963-cü illər mövsümündə 111 dəfə fərqlənmişdilər.