Millimizin oyununun vaxtı bəlli oldu

Futbol 14.05.2018 12:28
Millimizin oyununun vaxtı bəlli oldu
868 Dəfə oxunub
Futbol üzrə milli komandamızın Latviya ilə keçirəcəyi yoldaşlıq görüşünün başlama vaxtı bəlli olub. AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, iyunun 9-da keçiriləcək matçın start fiti Bakı vaxtı ilə 20:00-da veriləcək.

Qeyd edək ki, yığmamız Latviya ilə oyuna qədər iki görüş keçirəcək. Mayın 29-da Bakıda Qırğızıstanı qəbul edəcək Qurban Qurbanovun komandası iyunun 5-də Astanada Qazaxıstanla qarşılaşacaq.