Champions

Tuhel PSJ-nin baş məşqçisi oldu

Futbol 15.05.2018 01:11
Tuhel PSJ-nin baş məşqçisi oldu
422 Dəfə oxunub
Fransanın PSJ klubunun yeni baş məşqçisi müəyyənləşib.

Klubun rəsmi saytı Tomas Tuhellə 2 illik müqavilə imzalandığını xəbər  verib. O, 2017/2018 mövsümü başa çatdıqdan sonra Paris klubunda fəaliyyətə başlayacaq.

PSJ-nin hazırkı baş məşqçisi Unai Emeri mövsümün sonu klubdan ayrılacağını açıqlamışdı.

Xatırladaq ki, Tuhel bundan əvvəl Almaniyanın "Maynts" və "Borussiya Dortmund" komandalarını çalışdırıb.