Champions

İtaliya millisinin yeni baş məşqçisi məlum oldu

Futbol 15.05.2018 01:27
İtaliya millisinin yeni baş məşqçisi məlum oldu
566 Dəfə oxunub
İtaliya milli komandasının yeni baş məşqçisi bəlli olub. "Zenit"in sabiq baş məşqçisi Roberto Mançini İtaliya Futbol Federasiyası ilə rəsmi müqavilə bağlayıb.

Müqavilənin detalları barədə hələ ki heç bir məlumat verilməyib. Mayın 15-də Mançininin mətbuat konfransı keçiriləcək.

Mançininin 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə bağlayacağı gözlənilirdi.

Xatırladaq ki, İtaliya iyunda Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib.