invest

Araz Abdullayev "Anortosis"dən ayrılır

Futbol 15.05.2018 13:00
Araz Abdullayev "Anortosis"dən ayrılır
678 Dəfə oxunub
Milli komandamızın yarımmüdafiəçisi Araz Abdullayev "Anortosis"dən ayrılıb.

Kipr mətbuatının yaydığı məlumata görə, klub rəhbərliyi icarə müqaviləsi başa çatan həmyerlimizlə əməkdaşlığa son qoyub. "Anortosis" Arazdan başqa, daha 3 futbolçu - Vladimir Qançev, Migel Palanqa və Nikola Matteu ilə də yollarını ayırıb.

Müqavilə ilə "Qəbələ"yə məxsus olan Abdullayev "Anortosis"də icarə əsasında çıxış edirdi. Yarımmüdafiəçinin Azərbaycana qayıdaraq, karyerasını "Neftçi"də davam etdirəcəyi haqda xəbərlər yayılıb.