"Keşlə"yə lisenziya verildi

Futbol 15.05.2018 13:53
"Keşlə"yə lisenziya verildi
1033 Dəfə oxunub
Bu gün AFFA-nın  Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində iştirak etmək üçün müraciət etmiş “Keşlə” klubunun sənədlərinə baxılıb.

AFFA “Keşlə” klubuna istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət etmişdir. UEFA müraciətin baxılması üçün  prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında Avropa futbol qurumuna təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub və müraciət müsbət cavablanıb. Bu qərara əsasən, “Keşlə” klubu 2018-19-cu il mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdir.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra qərara alıb:
UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Keşlə”yə  lisenziya verilsin.

Qeyd edək ki, mayın 28-də Azərbaycan kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaq "Keşlə" qalib gələcəyi halda, UEFA Avropa Liqasına vəsiqə qazanacaq.