Champions

Maradona Belarus klubunda işləyəcək!

Futbol 16.05.2018 11:58
Maradona Belarus klubunda işləyəcək!
511 Dəfə oxunub
Dünya futbolunun əfsanəsi Dieqo Maradona Belarusun "Dinamo" (Brest) klubunun idarə heyətinə sədr seçilib.

Əfsanəvi argentinalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Maradona "Dinamo"nun strateji inkişaf məsələləri ilə məşğul olacaq, habelə, bütün struktur bölmələri, o cümlədən, futbol akademiyası ilə də çalışacaq. Maradona vəzifəsinin icrasına dünya çempionatı yekunlaşdıqdan sonra başlayacaq.

"Dinamo" Belarus çempionatında 7 turdan sonra 9 xalla 8-ci pillədə qərarlaşıb.

Maradonanın baş məşqçi kimi son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fucayra" klubu olub.