Champions

Samir Əliyevə 5 oyun cəza verildi

Futbol 16.05.2018 13:35
Samir Əliyevə 5 oyun cəza verildi
385 Dəfə oxunub
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Topaz Premyer Liqasının XXVII turunun “Neftçi” – “Səbail” matçının 43-cü dəqiqəsində “Səbail” klubunun baş məşqçisi Samir Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.


XXVI Topaz Premyer Liqasının XXVII turunun  “Zirə” – “Kəpəz” matçının 9-cu dəqiqəsində “Zirə” klubunun futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 3200 manat cərimə olunub.

Oyunun 80-cı dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48).