invest

Əfran İsmayılov "Qarabağ"dan getdi

Futbol 16.05.2018 16:09
Əfran İsmayılov "Qarabağ"dan getdi
2437 Dəfə oxunub
Milli komandamızın yarımmüdafiəçisi Əfran İsmayılov "Qarabağ" klubu ilə yollarını ayırıb.

İsmayılov Ağdam komandası ilə başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: "Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm".

Qeyd edək ki, Əfran İsmayılov 2015-ci ilin iyulundan "Qarabağ"da çıxış edirdi. O, 2009 - 2013-cü illərdə də Ağdam komandasının formasını geyinib. (report.az)