İnyesta Yaponiyada çıxış edəcək

Futbol 24.05.2018 14:41
İnyesta Yaponiyada çıxış edəcək
618 Dəfə oxunub
"Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyestanın karyerasını harada davam etdirəcəyi məlum olub. İspaniyalı futbolçu Yaponiyanın “Vissel Kobe” klubu ilə 3 illik müqavilə bağlayıb.

Mayın 26-da “Vissel Kobe”nin stadionunda İnyestanın rəsmi təqdimat mərasimi keçiriləcək.

İspaniya yığmasının sabiq futbolçusu yeni komandada ilinə 30 milyon dollar qazanacaq.