Champions

Klopp 7 finaldan 6-nı uduzub

Futbol 27.05.2018 11:26
Klopp 7 finaldan 6-nı uduzub
673 Dəfə oxunub
"Real Madrid" Çempionlar Liqasının finalında "Liverpul" üzərində 3:1 hesablı qələbə qazanıb. İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp karyerasında 7 finaldan altıncısında məğlub oldu. Bu siyahıya Almaniya Superkuboku uğrunda oyun daxil deyil.

2013-cü ildə Çempionlar Liqasının finalında Kloppun rəhbərlik etditi "Borussiya" "Uembli"də "Bavariya"ya 1:2 uduzmuşdu. 2014-cü ildə "Borussiya" yenidən "Bavariya"y məğlub oldu - 0:2. Bu dəfə Almaniya kubokunun finalında. 2015-ci ildə "Borussiya" Almaniya kubokunun finalında "Volfsburq"a 1:3 hesabı ilə uduzmuşdu.

Kloppun "Liverpul"a gəlişindən sonra 2016-cı ildə olub. İngiltərə Liqa Kubokunun finalınd merssisaydlılar yun sonrası penalti zərbələri ilə "Mançester Siti"yə yenilmişdilər. Həmin il "Liverpul" Avropa Liqasının finalına kimi irəliləsə də, həlledici görüşdə "Sevilya"ya 1:3 məğlub oldu.

Yeganə qələbə 2012-ci ildə Almaniya kubokunun finalında "Bavariya" üzərində qazanılıb - 5:2.